Müasir avadanlıqlar və birbaşa fabrik qiymətləri ilə brendiniz üçün yüksək keyfiyyətli paketlərin hazırlanması. İstənilən ölçü, dəqiq mikron və mükəmməl fleksoçap.
İstehsal etdiyimiz polietilen paket növləri:

Geyim, parfumeriya və brend mağazalar üçün premium görünüşlü paketlər. Əl yeri gücləndirilmiş və alt qatlı variantları mövcuddur.

Supermarketlər, apteklər və böyük market şəbəkələri üçün ideal seçimdir. Yan qatları sayəsində yüksək tutumluluğa malikdir.

Məhsulların etibarlı saxlanılması üçün təkrar bağlana bilən xüsusi kilidli şəffaf və möhkəm polietilen paketlər.

Kuryer və kargo xidmətləri üçün birdəfəlik güclü yapışqan lentli, kənar müdaxiləni dərhal bəlli edən xüsusi kargo paketləri.

Tekstil, alt paltarı və geyim məhsullarının estetik qablaşdırılması üçün rahat sürgülü (zamoklu) xüsusi paketlər.

Qəhvə, çay, quru meyvə və digər qida məhsulları üçün dik duran, xüsusi alt dabanlı və qoruyucu baryerli müasir qablaşdırma həlli.
Fleksoçap prosesində loqotipinizin və dizaynınızın paket üzərinə mükəmməl köçürülməsi üçün yüksək dəqiqlikli polimer klişelərin öz xəttimizdə istehsalını təmin edirik. Bu, yüksək çap operativliyini təmin edir.
Son istehsal etdiyimiz paketlərin canlı görüntüləri
Sifariş yerləşdirmək və ya texniki parametrlərlə bağlı məsləhət almaq üçün bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.